BURADA REKLAMINIZ OLA
BİLƏR

Vaksinasiya ilə bağlı son vəziyyət

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 34 799 vaksin vurulub.

Pravda.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4359, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5153, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 25 287 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 10 928 879, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 124 934, ikinci mərhələ üzrə 4 622 381 nəfər təşkil edir.

Ümumilikdə isə 1 181 564 “buster” doza vurulub.

Tarix: 14 Dekabr 2021, 16:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin