BURADA REKLAMINIZ OLA
BİLƏR

Rəsul Quliyev: "Prezident İlham Əliyev Qafqazın ağsaqqalı funksiyasını öz üzərinə götürməlidir"

"Prezident İlham Əliyevin Brüssel səfənin nəticələri Azərbaycanı qərbə daha çox yaxınlaşdırmaq şansına malikdir".

Pravda.az-ın xəbərinə görə, bunu sabiq spiker Rəsul Quliyev bildirib.

R.Quliyev əminliklə qeyd edib ki, Prezident Əliyevin təcrübəsi, problemləri dərindən bilməsi Avropa İttifaqının rəhbərliyini qane edəcək: "Soçidə Putinə isti münasibət bəsləməsi, onun problemlərin həll edilməsində əsas fiqur olduğunu deməsinə baxmayaraq, Paşinyanın ən böyük arzusu Rusiyanın Böyük qardaşlığından xilas olmaqdır. Belarusdan başqa keçmiş 14 ölkənin hamısı Putindən yaxasını qurtarmaq istəyir. Lukaşenko Rusiyaya məhəbbətdən ölkəsini Putinə satıb. Sadəcə olaraq, bu adamı öz milləti qəbul etmir, ona görə Putinin quluna çevrilib. Rusiyanın tanınmışlarından biri Slavyan xalqlarının birliyini heç kim poza bilməz. Ona görədə Rusiya Ukrayna və Belarus həmişə bir yerdə olacaq. Qazaxıstanda slavyan qrupuna aiddir, çünki Qazaxstanda çox adam rus dilndə danışır. Bu tipli bəyanatlardan qorxmamaq mümkün deyil. Həm də Rusiyanın həmişə zəiflərə qarşı aqressor olduğu bütün dünyaya məlumdur. Bu günlərdə keçirilən 7-lərin iclasında Putinə çox ağır mesaj verildi. Başqa dildə desək, Putinə açıq tekstlə əgər Ukraynaya aqresiya olsa, Rusiyanın axırına çıxacağıq. Putin Rusiyanı darmadağın edəcək. Rusiyadan Tatarıstan, Başqırdıstan, Qafqaz ölkələri və sair ayrılmaq üçün cəhd edəcək. Kalininqrad referendum yolu ilə yenidən Könsberq kimi Almaniyanın növbəti ştatına çevriləcək. Bu prosesləri Putin çox aqressiyası ilə tezləşdirir. Prezident Əliyev Qafqazın aparıcı respublikası və ağsaqqalı funksiyasını öz üzərinə götürməlidir. Gürcüstan Rusiya olan heç bir ittifaqa daxil olmaz. Ona görə əvvəldən nəzərdə tutulan 4-lük ittifaqına, yəni Türkiyə-Gürcüstan-Azərbaycan-Ermənistan ittifaqına qayıtmaq lazımdır. Prezident Əliyev 2020-ci ilin axırından başladığı geopolitik siyasətinin real finişinə yaxınlaşır. Uğurlar"

Tarix: 14 Dekabr 2021, 17:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin