BURADA REKLAMINIZ OLA
BİLƏR

“NATO Ermənistan və Azərbaycan ətrafında yaranmış vəziyyətdə tərəf tutmur”

“NATO Ermənistan və Azərbaycan ətrafında yaranmış vəziyyətdə tərəf tutmur”.

 

Bunu NATO-nun Baş katibi Yens Stoltenberq Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

 

“Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması üçün səylərin davam etdirilməsi vacibdir. NATO onlar arasında dialoq səylərini dəstəkləyir, biz bu gün Prezidentlə bunu ətraflı müzakirə etdik. Dialoq davam edir və düzgün istiqamətdə gedir. Hər iki ölkə alyansın dəyərli tərəfdaşıdır”, - deyə Baş katib bildirib.

Tarix: 14 Dekabr 2021, 20:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin