BURADA REKLAMINIZ OLA
BİLƏR

“Brüssel görüşündə Prezident İlham Əliyevin duruşu dövlət xadimi kimi müsbət keyfiyyətlərini biruzə verirdi” - RƏY

“Brüssel görüşlərini müsbət addım kimi qiymətləndirirəm. Ermənistan Brüssel görüşündə öhdəlikləri yerinə yetirməli olduğunu bir daha başa düşdü, həmçinin Zəngəzur dəhlizinin açılmasının alternativi olmadığı vurğulandı. Masada Prezident İlham Əliyevin duruşu həm bir dövlət xadimi, həm də şəxsiyyət olaraq müsbət keyfiyyətlərini biruzə verirdi. Prezident İlham Əliyev kifayət qədər peşəkar, beynəlxaq münasibətlər sistemini dəqiqliklə mənimsəmiş dövlət xadimidir. Ermənistanın baş naziri Nikol Paşinyan onunla heç bir halda müqayisə oluna bilməz. Paşinyanın nəzərə çarpan əsəbi duruşu təbiidir, çünki ortada obyektiv səbəblər var. O, ötən 30 il ərzində özünü təqdim etdiyindən tam fərqli bir xislətə malik millətin lideri kimi acı məğlubiyyəti həzm edə bilmir. Ona görə də Paşinyanın gərginliyi açıq-aşkar hiss olunurdu”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş barədə danışarkən deyib.

 

 

Deputat bildirib ki, Brüssel görüşləri beynəlxlaq hüququn bütün imkanları ilə Azərbaycanın tərəfində olduğunu təsdiq etdi: “Prezident İlham Əliyevin istər NATO-nun Şimali Atlantika Şurası, istər Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin moderatorluğu ilə keçirilən üçtərəfli və Ermənistanın baş naziri Nikol Paşinyanla baş tutan ikitərəfli görüşlərinin hər biri Azərbaycan diplomatiyası üçün kifayət qədər məhsuldar hesab edilə bilər. Xüsusi vurğulamaq istərdim ki, görüş zamanı NATO üzvü olan bütün ölkələrin birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmələri çox vacib məsələdir. Şarl Mişelin bəyanatında da kifayət qədər müsbət çalarlar var. Münaqişənin sona çatdırılması, tərəflər arasında böyük sülh müqaviləsinin hazırlanması, kommunikasiyaların açılması, o cümlədən ərazilərin minalardan təmizlənməsi, itkinlərin axtarılması və onlarla bağlı öhdəliklərin yerinə yetirilməsi, xüsusilə bir çox layihələrdə Avropa İttifaqının iqtisadi dəstəyinin mümkünlüyü və s. kimi məsələlər çox önəmlidir. Hesab edirəm ki, Brüssel görüşləri Prezident İlham Əliyev tərəfindən effektiv şəkildə həyata keçirildi, Azərbaycanın haqlı mövqeyi Avropa təşkilatlarının diqqətinə bir daha çatdırıldı və olduqca xoş haldır ki, həmin təşkilatların da müsbət reaksiyasının şahidi olduq. Bütün bunlar Azərbaycanın haqlı mövqeyinin beynəlxalq səviyyədə tanınmasının sübutudur”.

 

Deputat hesab edir ki, Brüssel görüşləri Rusiya tərəfindən də müsbət qarşılanacaq, çünki bu proses ilkin olaraq məhz Rusiya tərəfindən başladılıb: “Şarl Mişelin bəyanatında da 2020-ci ilin 10 noyabr, 2021-ci ilin 11 yanvar sənədlərinin və 2021-ci il 26 noyabr Soçi görüşündə əldə olunmuş öhdəliklərin yerinə yetirilməsi məsələsi qaldırılıb. Yəni, Avropa İttifaqı ilə Rusiya arasında hansısa fikir ayrılıqları olduğunu hesab etmirəm. Bu, olduqca müsbət addımdır və Rusiyanı narazı salacaq məqam yoxdur”.

 

Nəzrin Cavid

Tarix: 15 Dekabr 2021, 11:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin