BURADA REKLAMINIZ OLA
BİLƏR

“Brüssel görüşlərində Ermənistanın Avropa İttifaqına bəslədiyi ümidlər puç oldu” - RƏY

“Brüssel görüşünün olduqca məhsuldar keçdiyini hesab edirəm. Əslində, Ermənistan bu görüşə “ciddi” hazırlıqla gedirdi, yəni, Azərbaycana qarşı davamlı olaraq təxribatlar törədirdi. Ermənistan həmin görüşdə Azərbaycan əleyhinə hansısa ittihamları səsləndirməyi, dövlətimizi günahlandırmağı planlaşdırırdı. Lakin Prezident İlham Əliyevin prinsipial mövqeyi və qətiyyətli yanaşması Ermənistanı yenə də çətin vəziyyətə saldı. Görüş nəticəsində, Ermənistanın Avropa İttifaqına bəslədiyi ümidlər puç oldu”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş barədə danışarkən deyib.

 

 

C.Məmmədov qeyd edib ki, Brüssel görüşləri Azərbaycanın haqlı və ədalətli mövqeyini bir daha təsdiqlədi: “Həm Azərbaycan, həm də Rusiya tərəfindən əvvəlki görüşlərdə müzakirə olunan məsələlərə bir daha toxunuldu. Ermənistan uzun müddətdir çalışırdı ki, Zəngəzur dəhlizi tamamilə Ermənistanın nəzarətində olsun, burada gömrük və digər nəzarətedici sahələr Ermənistana həvalə edilsin. Azərbaycan Prezidenti isə yenə də konkret mövqeyini bildirdi. Onsuz da bu, həm Ermənistan, həm də Rusiya tərəfi üçün aydın məsələdir. Azərbaycan Laçın dəhlizinə olan münasibətin eyni qaydada Zəngəzur dəhlizi üçün də tətbiqini istəyir. Bu, eyni zamanda Azərbaycan ictimaiyyətinin tələbi və gözləntisidir”.

 

Nəzrin Cavid

Tarix: 15 Dekabr 2021, 11:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin