BURADA REKLAMINIZ OLA
BİLƏR

Prezident İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik etdi

Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevi bu ölkənin müstəqilliyinin 30-cu ildönümü münasibəti ilə təbrik edib.

 

Pravda.az-ın xəbərinə görə, təbrikdə deyilir: “Hörmətli Kasım-Jomart Kemeleviç,

 

Qazaxıstan Respublikasının müstəqilliyinin 30-cu ildönümü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

 

Müstəqillik illərində Qazaxıstan tarixi sınaqlardan şərəflə çıxaraq bütün sahələrdə sürətli inkişaf yolu keçmiş, böyük nailiyyətlər əldə etmiş, beynəlxalq aləmdə yüksək nüfuz qazanmışdır. Azərbaycan Respublikası qardaş ölkənizin bu uğurlarına səmimi-qəlbdən sevinir.

 

Xalqlarımızı dərin tarixi kökləri olan dostluq münasibətləri birləşdirir. Bu gün bu xoş ənənələr üzərində qurulan dövlətlərarası əlaqələrimiz müvəffəqiyyətlə inkişaf etməkdədir.

 

İnanıram ki, sıx tellər ilə biri-birinə bağlı olan xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Qazaxıstan arasındakı dostluq, səmərəli əməkdaşlıq və strateji tərəfdaşlıq münasibətləri bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

 

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Qazaxıstan xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.

Tarix: 15 Dekabr 2021, 16:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin