BURADA REKLAMINIZ OLA
BİLƏR

Ombudsmandan ÇAĞIRIŞ

Ombudsman Aparatı bəzi kütləvi informasiya vasitələrində 2021-ci ilin 13 dekabr tarixində Murad Oqanesyan adlı şəxs Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində fəaliyyət göstərən özəl klinikalardan birinə daxil olaraq həkim Camal Odilovu qətlə yetirmək məqsədilə ona bıçaqla xəsarətlər yetirməsi ilə bağlı məlumat yayıb.

 

Aparatdan verilən xəbərə görə, polis əməkdaşları tərəfindən saxlanılan erməni əsilli M.Oqanesyan dindirilmə zamanı müstəntiqə cinayət əməlini törətmə səbəbindən danışarkən Camal Odilovun məhz azərbaycanlı olduğunu düşündüyü üçün öldürmək istədiyini bildirib: “Təəssüflər olsun ki, uzun illər ərzində Ermənistanda azərbaycanlılara qarşı yürüdülən nifrət siyasətinin nəticəsi olaraq erməni cəmiyyətində azərbaycanlılara və digər millətlərə qarşı dözümsüzlük mühiti yaradılmış, nifrət zəminində cinayətlərin törədilməsi təşviq olunmuşdur və hazırda da davam etməkdədir.

 

Ombudsman olaraq Ermənistanın yürütmüş olduğu nifrət siyasəti nəticəsində azərbaycanlılara qarşı törədilən cinayətləri qəti şəkildə pisləyir, Ermənistan rəhbərliyini millətlər arasında düşmənçiliyi qızışdıran, regionda sülhü və insan hüquqlarını təhdid edən hərəkətlərin təşviqindən çəkinməyə çağırırıq”.

Tarix: 15 Dekabr 2021, 19:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin