BURADA REKLAMINIZ OLA
BİLƏR

"Laçın dəhlizində sərhəd-keçid məntəqələri yoxdur, Zəngəzur dəhlizində də olmamalıdır" - Şahin Mustafayev

Hazırda Laçın dəhlizində sərhəd-keçid məntəqələri yoxdur. Zəngəzur dəhlizində də sərhəd-keçid məntəqələri olmamalıdır.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev bildirib.

 

“Əgər Ermənistan vətəndaşların və yüklərin hərəkətinə nəzarət etmək məqsədilə sərhəd-keçid məntəqələrini qurmaqda israr etsə, biz də həmin məntəqələrin Laçın dəhlizində qurulmasında israr edəcəyik”, - Baş nazirin müavini vurğulayıb.

 

Ş. Mustafayev qeyd edib ki, Azərbaycanın Ermənistanla danışıqlarda mövqeyi konstruktivdir.

Tarix: 16 Dekabr 2021, 12:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin