BURADA REKLAMINIZ OLA
BİLƏR

"Onu deyən başından böyük səhv edir" - Bayram Səfərov

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov uzun zamandır görünməməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, icra hakimiyyətinin saytında dekabr ayının 12-də Ulu Öndər Heydər Əliyevin anım günündə hər hansı tədbirin keçirilməsinə dair məlumat yerləşdirilməyib. Sosial şəbəkə istifadəçiləri icra başçısı Bayram Səfərovun səhhətində problem yarandığını iddia ediblər.

Pravda.az xəbər verir ki, bu barədə B.Səfərov açıqlama verib:

"Vəziyyətim yaxşıdır. Səhhətimdə hər hansı bir problem yoxdur. Hazırda məzuniyyətdəyəm. Nə bilirsiniz ki tədbir keçirilməyib? Onu deyən başından böyük səhv edir".


Unikal.org

Tarix: 16 Dekabr 2021, 15:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin