BURADA REKLAMINIZ OLA
BİLƏR

130-dan çox bələdiyyə sədri cəzalandırıldı

Yerli demokratiyanın inkişafında mühüm rol oynayan bələdiyyələrin fəaliyyətində qanunçuluğun təmin olunması, həmçinin yeni seçilmiş bələdiyyə üzvləri və qulluqçularına metodoloji yardımın gücləndirilməsi diqqətdə saxlanılıb. 

Pravda.az-ın xəbərinə görə, bu  barədə Ədliyyə Nazirliyində ötən ilin yekunlarına həsr olunmuş kollegiya iclasında bildirilib. 

Qeyd olunub ki, 2019-cu ildə 78.500-ə yaxın bələdiyyə aktı üzrə inzibati nəzarət həyata keçirilib, 2.800-dək akt nazirliyin təklifləri əsasında ləğv edilib və ya dəyişdirilib, habelə qanunsuz verilmiş 7.000 hektardan çox torpaq sahəsi geri qaytarılıb.

Eyni zamanda pozuntulara yol verən 130-dan çox bələdiyyə sədri barəsində inzibati xəta haqqında protokollar məhkəmələrə, cinayət xarakterli 24 fakt üzrə materiallar isə prokurorluğa göndərilib.Report

Tarix: 14 Fevral 2020, 22:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin