BURADA REKLAMINIZ OLA
BİLƏR

Makron Azərbaycan dilində paylaşım etdi

Fransa Prezidenti Emmanuel Makron feysbukdakı hesabında Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib.

Pravda.az xəbər verir ki, o, Azərbaycan dilində status yazıb:

“Biz davamlı sülh üçün həll yolları tapmalıyıq. Dünən axşam Prezident Əliyevlə, sonra da Baş nazir Paşinyanla birgə irəlilədik”, - paylaşımda bildirilib.

Qeyd edək ki, dekabrın 15-də Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Belçikanın paytaxtı Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistan Baş naziri Nikol Paşinyan arasında qeyri-formal görüş keçirilib.


Tarix: 16 Dekabr 2021, 16:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin