BURADA REKLAMINIZ OLA
BİLƏR

“Prezident İlham Əliyev Brüssel görüşlərində də Azərbaycanı layiqincə təmsil etdi” - RƏY

“Brüsseldə baş tutan görüşlərin hər biri Azərbaycanın maraqlarına xidmət edir. Görüşlər çərçivəsində Azərbaycan bir daha öz haqlı və ədalətli mövqeyini ortaya qoydu və ölkə həqiqətləri beynəlxalq aləmə bir daha çatdırıldı. Azərbaycanın mövqeyinin Brüssel görüşlərində də dəstəklənməsi xeyrimizədir. Görüş nəticəsində əvvəlki sənədlərdə yerinə yetirilməyən öhdəliklərin icra olunacağı istisna edilmir. Prezident İlham Əliyev Brüssel görüşlərində də Azərbaycanı layiqincə təmsil etdi”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə Brüssel görüşləri barədə danışarkən deyib.

 

 

Parlament üzvü bildirib ki, Brüsseldə keçirilən həm NATO-nun Şimali Atlantika Şurası, həm “Şərq Tərəfdaşlığı” sammiti, həm də ikitərəfli və üçtərəfli görüşlərin hər birini müsbət qiymətləndirir: “Hesab edirəm ki, sözügedən görüşlər bütün region dövlətlərinin, eyni zamanda Türkiyə və Rusiyanın mövqeyinə tam uyğundur. Ermənistanla ikitərəfli münasibətlərin nizamlanması üçün Türkiyədən nümayəndə təyin edilməsinin faydasını da görəcəyimizə inanıram. Bu, olduqca müsbət addımdır. İstənilən halda, əlaqələr tənzimlənməsində əməyi keçən heç bir dövləti unutmaq olmaz. Reginonda dayanıqlı və davamlı sülhün bərpası Rusiya, Türkiyə və Azərbaycan üçün çox önəmlidir. İkitərəfli və üçtərəfli əlaqələrin inkişafı hesabına Cənubi Qafqazda uzunmüddətli sülhün şahidi olacağıq”.

 

Nəzrin Cavid

Tarix: 16 Dekabr 2021, 18:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin