BURADA REKLAMINIZ OLA
BİLƏR

Ana və 5 yaşlı əkizləri dəm qazından zəhərləndi

Bu gün gecə saatlarında Nəsimi rayonu Cavadxan küçəsi, mənzil 30-da dəm qazından zəhərlənmə hadisəsi baş verib.

 

Pravda.az xəbər verir ki, Səhiyyə Nazirliyinin məlumatına görə, boğulma barədə çağırış Təcili Yardıma saat 00:34-də daxil olub. 29 yaşlı qadın, 5 yaşlı 2 uşaq (oğlan və qız) dəm qazından zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətiriliblər.

 

Lazımi tibbi yardım göstərildikdən sonra xəstələr ambulator müalicəyə buraxılıblar.

Tarix: 21 Noyabr 2019, 10:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin