BURADA REKLAMINIZ OLA
BİLƏR

FHN ticarət obyektlərinin yanması ilə bağlı məlumat yaydı

Fövqəladə Hallar Nazirliyi ötən gecədə Bərdədə obyektlərdə baş verən yanğınla bağlı məlumat yayıb.

 

FHN-dən verilən məlumata görə, Bərdə şəhərində ümumi sahəsi 500 m² olan bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərdən (avtomobil təmiri sexi, avtomobil ehtiyat hissələrinin satışı mağazası, ərzaq və ayaqqabı mağazası) ibarət tikilinin dam örtüyünün yanar konstruksiyaları 126 m² sahədə yanıb.

 

Yüksək temperaturdan ayaqqabı mağazasının lambirindən ibarət tavanı 24 m² sahədə əriyib.

 

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb, yanğın söndürülüb.

 

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Tarix: 19 Dekabr 2021, 09:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin