BURADA REKLAMINIZ OLA
BİLƏR

Qarsda avtobusun qəzaya uğraması xəsarət alan Azərbaycan vətəndaşlarının durumu açıqlandı

Dekabrın 18-də axşam radələrində Türkiyənin İqdır şəhərindən İstanbul şəhərinə hərəkət edən sərnişin avtobusunun Qarsın Sarıqamış qəsəbəsində qəzaya uğraması nəticəsində avtobusda olan 24 Azərbaycan vətəndaşından 2-i həyatını itirib, 14 nəfər xəsarət alıb.

Pravda.az xəbər verir ki, bunu Azərbaycanın Qarsdakı Baş konsulu Nuru Quliyev bildirib.

Baş konsul deyib ki, xəsarət alan 14 nəfərdən birinin vəziyyəti ağırdır: “Xəsarət alanlardan 13-ü tibbi yardım aldıqdan sonra evlərinə buraxılıb”.

Tarix: 19 Dekabr 2021, 13:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin