BURADA REKLAMINIZ OLA
BİLƏR

Səfirlik qəzada həlak olan azərbaycanlılarla bağlı başsağlığı verdi

Türkiyənin Azərbaycandakı səfirliyi Qars şəhərinin Sarıqamış rayonunda dünən baş verən ağır yol qəzasında ölən azərbaycanlıəların ailələrinə başsağlığı verib.

Pravda.az xəbər verir ki, bu barədə səfirliyin tvitter hesabında paylaşım edilib.

“Qarsın Sarıqamış rayonunda baş verən avtobus qəzasında ikisi Azərbaycan vatandaşı olmaqla dörd nəfər həyatını itirib. Vəfat edən bütün qardaşlarımıza Allahdan rəhmət, yaxınlarına səbirlə başsağlığı, yaralılara şəfalar diləyirik”, - səfirliyin paylaşımında qeyd olunur.

Tarix: 19 Dekabr 2021, 13:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin