BURADA REKLAMINIZ OLA
BİLƏR

ABŞ Azərbaycanın saxlanılan erməni hərbçiləri təhvil verməsini alqışlayır

ABŞ Azərbaycan tərəfinin saxlanılan erməni hərbçiləri Ermənistana təhvil verməsini alqışlayır.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays "Twitter"də bildirib.

 

"Avropa İttifaqının dəstəyi ilə bu gün Azərbaycanın 10 erməni hərbçini azad etməsini alqışlayırıq. Biz qalan bütün saxlanılanların tam şəkildə və tez azadlığa buraxılmasına, meyitlərin dəyişdirilməsinə və itkin düşənlərin axtarışının aparılmasına çağırırıq. Biz beynəlxalq öhdəliklərə uyğun olaraq məhbuslarla humanist rəftarın vacibliyini vurğulayırıq" deyə, ABŞ Dövlət Departamentinin rəsmisi bildirib.

Tarix: 20 Dekabr 2021, 00:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin