BURADA REKLAMINIZ OLA
BİLƏR

Davos İqtisadi Forumu “Omicron”a görə təxirə salındı

Gələn il keçirilməsi planlaşdırlan Davos İqtisadi Forumu təxirə salınıb.

 

Pravda.az-ın Davos Forumunun rəsmi saytına istinadən verdiyi xəbərə görə, tədbir Omicron ştamına görə təxirə salınıb.

 

İllik Toplantı 17-21 yanvar 2022-ci il tarixində İsveçrənin Davos-Klosters şəhərində keçirilməli idi.

 

Lakin pandemiya ilə əlaqədar Forumun keçirilməsi yayın əvvələrinə qədər təxirə salınıb.

 

Məlumatda qeyd olunub ki, iştirakçılar planetin ən aktual problemlərinin həlli yollarının müzakirə etmək üçün qlobal liderləri onlayn bir araya gətirən “Dünyanın durumu” sessiyalarına qoşulacaqlar.

Tarix: 20 Dekabr 2021, 16:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin