BURADA REKLAMINIZ OLA
BİLƏR

“Zəngəzur dəhlizinin açılması Cənubi Qafqazın əməkdaşlıq mərkəzinə çevrilməsi deməkdir” - YAP sədrinin müavini

 “Azərbaycan tarixinin ən parlaq səhifəsi Zəfərdir, Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır”.

 

Pravda.az-ın məlumatına görə, bunu bu gün "Azərbaycanın inkişaf modeli: Dünən, bu gün və sabah” mövzusunda konfransda Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib.

 

YAP Mərkəzi Aparatının rəhbəri deyib ki, bu, Prezident İlham Əliyevin siyasətinin real nəticəsidir: “Bu qələbə Cənubi Qafqazda, Avrasiya regionunda yeni reallıq yaratdı. Zəngəzur dəhlizinin açılması kommunikasiya xətlərinin bərpası, Cənubi Qafqazın əməkdaşlıq mərkəzinə çevrilməsi deməkdir”.

Tarix: 21 Dekabr 2021, 10:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin