BURADA REKLAMINIZ OLA
BİLƏR

“Prezident İlham Əliyev son yüz illiklərə təkcə siyasi lider kimi deyil, qalib gəlmiş sərkərdə kimi möhürünü vurub”

“Prezident, Ali Baş Komandan İlham Əliyev son yüz illiklərə təkcə siyasi lider kimi deyil, İkinci Qarabağ müharibəsində qalib gəlmiş sərkərdə kimi öz möhürünü vurub. O, müasir dünyanın önəmli siyasi və hərbi liderlərindən biridir. Milli-mənəvi məsələlərə ciddi önəm göstərən və həyata keçirdiyi tədbirlərlə töhfə verən Prezident İlham Əliyev regionda, eləcə də beynəlxalq aləmdə söz sahibidir. Onun hakimiyyəti illərində iqtisadi, siyasi, hərbi və digər bütün sahələrdə keçirdiyi islahatlar öz bəhrəsini verir. Prezident hərbi gücünü nümayiş etdirərək Zəfər qazanıb və ötən 30 il ərzində həsrətində olduğumuz Qarabağı Azərbaycan xalqına geri qaytarıb”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib.

 

Parlament üzvü bildirib ki, səbrli və təmkinli lider kimi İlham Əliyevin Vətən müharibəsindəki rolu danılmazdır: “Azərbaycan Prezidenti müharibəyə qədər ən geniş beynəlxalq arenalarda bütün dünyaya dəfələrlə bəyan etmişdi ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və Azərbaycan bu məsələdə güzəştə getməyəcək. Liderin yenilməz qətiyyəti nəticəsində, Azərbaycan Ordusu ərazi bütövlüyünü bərpa edib. İndi biz qalib xalqın nümayəndəsi kimi sevincliyik və ərazilərimizin təhlükəsizliyinə arxanıyıq”.

 

A.Nağıyevin sözlərinə görə, cənab Prezidentin dövlətin iqtisadi və sosial məsələrinin həllində də uğurlu siyasət yürüdən ölkə başçılarındandır: “Prezident İlham Əliyev həssas qrupların, şəhid ailələri və qazilərin daim yanındadır. Son sərəncamlar da onu göstərir ki, cənab Prezidentin siyasətinin əsasını suverenlik, təhlükəsizliyə təhdidin qarşısının alınması və Azərbaycan xalqının rifahının qorunması təşkil edir. Onu da qeyd etmək lazımdır ki, Prezidentin vətəndaşların sosial rifah halının yaxşılaşdırılması istiqamətində işləri davam etdirilir. Prezidentin və onun komandasının, eyni zamanda birinci vitse-prezident Mehriban Əliyevanın atdığı humanist addımların nəticəsidir ki, Azəbaycan xalqı bu gün alnı açıq, üzü ağ yaşayır. Liderimiz Azərbaycanı dünyada layiqincə təmsil edir və dövlətimizin beynəlxalq arenadakı nüfuzu getdikcə artır. Bu, Prezidentin təkcə daxili deyil,eyni zamanda xarici siyasətində atdığı mühüm müsbət addımlarla əlaqədardır”.

 

İlham Əliyevin bu gün Azərbaycanı dünyanın hər  yerində, eləcə də Avropada, yəni təkcə regional deyil, beynəlxalq səviyyədə güclü dövlət kimi təqdim edən ölkə başçısı olduğunu vurğulayan deputat qeyd edib ki, Azərbaycan xalqının və dövlətinin inkişafında Prezident İlham Əliyevin rolu danılmazdır. O, Prezidenti ad günü münasibətilə təbrik edib: “Azərbaycan Prezidentini doğum günü münasibətilə özümün və seçicilərim adından ürəkdən təbrik edirəm. Liderə can sağlığı arzulayır, ona gələcək fəaliyyətində uğurlar diləyirəm”.

 

Nəzrin Cavid

Tarix: 21 Dekabr 2021, 15:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin