BURADA REKLAMINIZ OLA
BİLƏR

Prezident İlham Əliyev Gürcüstanın müdafiə nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladzeni qəbul edib.

 

Pravda.az-ın xəbərinə görə, görüşdə Azərbaycan-Gürcüstan ikitərəfli dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə, o cümlədən hərbi əməkdaşlıq sahəsində inkişafından məmnunluq bildirilib.

 

Gürcüstanın müdafiə nazirinin ölkəmizə səfərinin əlaqələrin genişləndirilməsi işinə töhfə verəcəyinə ümidvarlıq ifadə olunub.

Tarix: 21 Dekabr 2021, 19:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin