BURADA REKLAMINIZ OLA
BİLƏR

Vəhdət Partiyası: Sosial ödənişlərin artırılması təqdirəlayiq haldır

Vəhdət Partiyasının Siyasi Şurasının bu gün keçirilən iclasında Prezident İlham Əliyevin son günlər bir neçə sərəncam və fərmanlar imzalaması müzakirə edilib.

 

Bu barədə Pravda.az-a partiyadan məlumat verilib.

 

Qeyd olunub ki, bu sənədlərdə sosial ödənişlərin artırılmasının nəzərdə tutulması təqdirə layiq haldır.

 

"Belə ki, müavinət və təqaüdlərin artırılması 732 min şəxsi əhatə edəcəkdir ki, bunun üçün əlavə olaraq 200 milyon manat ayrılmışdır. Ümumiyyətlə, yeni ildən tətbiq ediləcək islahatların həyata keçirilməsi üçün 1.5 milyard manat vəsait ayrılacaq ki, bu da 2.1 milyon əhalini əhatə edəcək. Bu kateqoriyaya əlilliyi olan şəxslər, yaşa görə, ailə başçısını itirməyə görə müavinətlər, uşaqların qəyyumları, 5-dən çox uşağı olan qadınlar, 1 yaşadək uşağı olan ailələr, işləməyən pensiyaçı alimlər və dəfn üçün müavinət də daxildir. Ümumiyyətlə, 2020-ci il yanvarın 1-dən dövlət büdcəsindən maliyyələşən təşkilatlarda işləyənlərin əmək haqqısı 20 faiz artacaqdır. Göründüyü kimi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün aparılan sosial siyasətin əsas istiqamətləri əlilliyə görə, sağlamlıq imkanları məhdud olanları tam əhatə edir. Bundan başqa təhsil işçiləri, hərbi xidmətdə olan ailələr, coxuşaqlı ailələr, elmi və pedaqoji fəaliyyətlə bağlı şəxslər, fəxri adları olan şəxslərin aldığı məbləğlər artırılacaqdır. Ümumilikdə bu məqsədə 960 milyon manat vəsait ayrılmışdır. Bundan başqa minimum əmək haqqı 300 manata çatdırılmış və vahid tarif üzrə işləyənlərin də əmək haqqı artırılıb. Vəhdət Partiyası olaraq əhalinin sosial təminatının yaxşılaşdırılması sahəsində dövlət başçısının bu addımlarını alqışlayır və müdafiə edirik" - məlumatda bildirilib.

Tarix: 21 Dekabr 2021, 20:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin