BURADA REKLAMINIZ OLA
BİLƏR

"Heç vaxt onun borcundan çıxa bilməyəcəm” – Mübariz Mənsimov

“Palmali” şirkət qrupunun prezidenti Mübariz Mənsimovun atası Qurban Mənsimovun doğum günüdür.

 

Pravda.az-ın xəbərinə görə, M.Mənsimov atasını belə təbrik edib:

 

“Bir gün atam, anam və 9 uşaq axşam yeməyinə oturduq. Həmişəki kimi... Belə alındı ki, qazanın dibində qalan yemək mənə çatdı. Elə təzəcə yeməyə başladım ki, atam məni saxladı. “Oğlum, bacı-qardaşlarından halallıq almısan?”, - deyə soruşdu. Deyirdi, bunun üçün də halallıq almalısan. Beləcə, mənim atam bizi hər zaman halal yeməyə, haramdan uzaq olmağa öyrədirdi. Həmişə də ən birinci məsləhəti bu olardı ki, həyatda nə iş görsəniz, halallıq alın, halallıqla iş görün. O vaxtdan bu vaxta qədər belə yaşamışam və belə də yaşamağa davam edəcəm. Bu gün atamın ad günüdür. Doğum günün mübarək, ATA! Hər zaman var olasan, sağlam olasan, o nur üzünlə, şən zarafatlarınla, dəyərli məsləhətlərinlə heç vaxt üstümüzdən əskik olmayasan, biz də sənin kölgəndə olaq. Atam köklü, gövdəli, minbudaqlı bir ağacdır və bu ağac həmişə mənə güc verir. Mən bugün bir daha əmin oluram ki, heç vaxt onun borcundan çıxa bilməyəcəm. Çünki o, mənə halal həyat yaşamağı öyrətməklə şərəfli, imanlı, bir sözlə, kişi həyatı bəxş etdi. Mən Mübarizəm və mübariz olmağı da mənə atam Qurban kişi öyrədib. Qabar bağlamış zəhmətkeş əlləri ilə... Mən Mübariz Qurbanoğluyam. Qurbanın oğlu. Mən Qurbançıyam...”

Fotoları təqdim edirik
Tarix: 15 Fevral 2020, 13:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin