BURADA REKLAMINIZ OLA
BİLƏR

Rəsul Quliyev: “Putinin ultimatumu dəcəl uşağın “oyuncağımı verin, yoxsa dava salacağam” deməsinə bənzəyir”

“Putin ABŞ və NATO-ya faktiki ultimatum ünvanlayıb. O, Ukraynanın NATO-ya qəbul edilməsini Rusiya üçün qırmızı xətt adlandırıb.Yəni, bu xətt keçilərsə, Rusiya müharibə etməyə çox yaxın olacaq. Qırmızı xətti Ukraynadan Moskvaya müasir raketlərin uçuş müddətinin 7, “Hyper sonic” raketlərinin isə 5 dəqiqə olduğunu qeyd edir. Birinci və ikinci dünya müharibələrinin başlamasının əsas səbəbkarlarından biri Rusiya olub. Hər iki halda Rusiyanın daxilində ağırlaşmış vəziyyəti həll etmək üçün Rusiya çarı və diktatoru çoxsaylı insan itirəcəyini bilə-bilə müharibəni təşkil edib. Çar müharibə olarsa, o, çarlığını saxlayacaq düşünürdü. Stalin isə 1934-40-cı illərdə 10 milyona yaxın vətəndaşını qırdığı üçün heç bir ölkə onu yaxına buraxmırdı. Rusiya 1918-ci ilin əvvəlində müharibədən çıxmasına baxmayaraq, həm Çar öz postunu itirdi, həm də 7 milyon insan həlak oldu. Stalin müharibədə 25 milyona yaxın vətəndaşın həlak olmasına və 45 il müddətində imperiyasının dağılmasına səbəb oldu. Putinin bugünkü vəziyyəti Stalinin 1939-cu ildəki vəziyyətindən də ağırdır”.

 

Pravda.az-ın xəbərinə görə, bunu sabiq spiker Rəsul Quliyev bildirib.

 

Sabiq spiker qeyd edib ki, ətrafında faktiki Rusiyanı timsah kimi udmağı planlaşdıran Çindən heç bir ölkə yoxdur: “Putinin bu ultimatumu dəcəl uşağın “oyuncağımı verin, yoxsa dava salacağam”a oxşayır və gülünc doğurur. Çünki bu insan Estoniya, Latviya, Litvanın NATO-nun üzvü  olduğunu unudub. Bu adam Estoniyadan və ya Latviya, Litvadan Moskvaya məsafənin daha qısa olduğunu guya anlamır. Estoniyanın Narvasından Peterburqa məsafənin 50 km olduğunu, oranı hətta artilleriya ilə vurula biləcəyini guya bilmir. Həqiqətən bu, gülməli ultimatumdur”.

Tarix: 22 Dekabr 2021, 08:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin