BURADA REKLAMINIZ OLA
BİLƏR

Tural Abbaslıya toplantı keçirməyə icazə verilmədi

Bakının dənizkənarı restoranlarından biri Ağ Partiya sədri Tural Abbaslıya toplantı keçirməyə icazə verməyib.

 

Pravda.az-ın xəbərinə görə, restoran dekabrın 22-də, yəni bu gün keçirilməsi nəzərdə tutulan mərasimə əvvəlcə razılaşsa da, sonradan imtina edib. İmtinanın səbəbi açıqlanmayıb.

 

T.Abbaslının toyu dekabrın 21-də olub, ictimai-siyasi şəxslərin iştirakı nəzərdə tutulan mərasim isə dekabrın 22-nə təyin edilib.

 

Qeyd: Ağ Partiya sədri sabiq deputat İkram İsrafilin qızı Nərmin İsrafil ilə ailə qurub.

 

Nadir

Tarix: 22 Dekabr 2021, 13:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin