BURADA REKLAMINIZ OLA
BİLƏR

Prezident bu şəxslərə general-leytenant ali hərbi rütbəsi verdi - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.

 

Pravda.az-ın xəbərinə görə, Sərəncama əsasən, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:

 

“general-leytenant” ali hərbi rütbəsi

 

general-mayor İlham Əyyub oğlu Abdullayevə

 

general-mayor Şahmar Ənvər oğlu Paşayevə

 

“general-mayor” ali hərbi rütbəsi

 

polkovnik Adil Ələsgər oğlu Abdullayevə

 

polkovnik Əşrəf Məmməd oğlu Qasımova

 

polkovnik Raul Süleyman oğlu Zeynalova.

 

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Tarix: 22 Dekabr 2021, 17:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin