BURADA REKLAMINIZ OLA
BİLƏR

"Azərbaycan hər zaman hər kəsə, o cümlədən İrana da özünün səmimi qonşuluq təklifini edir və dost əli uzadır” - RƏY

“İranla Azərbaycan qonşu dövlətdir, eyni zamanda, hər iki dövlətin əhalisini müsəlmanlar təşkil edir. Ən vacibi isə odur ki, İranda 10 milyonlarla soydaşımız yaşayır. Yəni, bütün bunlar ciddi amilllərdir. Azərbaycanın Dövlət başçısı ən yüksək səviyyədə bəyan edir ki, biz bütün qonşularımızla mehriban qonşuluq və əməkdaşlıq şəraitində yaşamaq istəyirik və bunu qonşulardan da gözləyirik. Mehribançılıq, əməkdaşlıq, sülh və inkişaf Azərbaycanın seçdiyi qonuşuluq yoludur. Azərbaycan-İran münasibətləri tarixən olub və olacaq”.


Bunu Pravda.az-a açıqlamasında Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Elman Məmmədov deyib.

 

 

Deputat qeyd edib ki, sadəcə olaraq, bəzi dövrlərdə aramızda müəyyən gərginliklər yaşanıb və İran tərəfindən xoşagəlməz münasibətlər olub: “Faktiki olaraq, İranın torpaqlarımızı işğal etmiş, xalqımıza qarşı terror aktları törətmiş, faşist ideologiyası ilə yaşayan dövlətlə isti münasibətdə olması bizi həmişə narahat edir. Biz bununla bağlı narazılıq və narahatlığımızı hər zaman açıq formada ifadə edirik. Son dövrlər hər iki dövlət başçısının qarşılıqlı mehriban münasibəti və təklifləri İran və Azərbaycan arasındakı əlaqələrin getdikcə irəliləyən xətt üzrə davam etməsinə şərait yaradıb. İki ölkə rəsmilərinin vaxtaşırı görüşləri, münasibətlərin möhkəmləndirilməsi hələlik hər iki tərəfi razı salacaq səviyyədədir. İndi isə İranın xarici işlər naziri Bakıdadır, yəqin görüşdə bir sıra vacib məsələlər müzakirə ediləcək. Bu, təbii ki, alqışlanmalıdır”.


E.Məmmədov, həmçinin qeyd edib ki, iki ölkə arasındakı əlaqələrin daha da genişləndirilməsində İranın maraqları həddən artıq çoxdur: “İranın birbaşa Rusiya və Avropaya əverişli çıxışları Azərbaycan üzərindən mümkündür. Burada cənub-şimal nəqliyyat dəhlizi məsələləri, müəyyən əlaqələr var. Eyni zamanda, İran bir şeyi də nəzərə almalıdır ki, bu gün onlara qarşı ABŞ və bir sıra Avropa ölkələrinin müyyən səviyyəli sanksiyaları getdikdə artır. Yəni, Azərbaycanla əlaqələrinin istiləşməsi İran üçün çox vacibdir. Hesab edirəm ki, İranın xarici işlər nazirinin Azərbaycana səfəri və gələcəkdə baş tutacaq digər görüşlər bizim münasibətlərimizin yaxşılaşmasına səbəb ola bilər. Bu, hər iki tərəfdən arzuolunandır. Azərbaycan hər zaman hər kəsə, o cümlədən İrana da özünün səmimi qonşuluq təklifini edir və dost əli uzadır”.

Nəzrin Cavid

Tarix: 22 Dekabr 2021, 18:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin