BURADA REKLAMINIZ OLA
BİLƏR

İran XİN başçısı: “Biz Azərbaycanı ən yaxın və yaxşı qonşularından biri hesab edirik”

“Görüşlərdə əhəmiyyətli razılaşmalar əldə olunub və bu razılaşmalar iki ölkə arasında əlaqləri gücləndirəcək, yaxın gələcəkdə öz səmərəsini verəcək”.

Pravda.az-ın məlumatına görə, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian xarici işlər naziri Ceyhun Bayramovla Bakıda görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

"Mən Azərbaycanı öz torpaqlarını işğaldan azad etməsi münasibətilə təbrik edirəm. Biz Azərbaycanı ən yaxın və yaxşı qonşularından biri hesab edirik. Prezidentimizin əsas prioriteti qonşu ölkələrlə münasibətlərdir ki, Azərbaycanın da burada xüsusi yeri var. Biz xalqlarımızın rifahı üçün addımlar atacağıq”, deyə iranlı nazir bildirib.

Tarix: 22 Dekabr 2021, 21:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin