BURADA REKLAMINIZ OLA
BİLƏR

MSK sədri: “Bəzi namizədlər narahatdır”

“Məntəqə seçki komissiyalarında və səs verilən məntəqələrdə baş vermiş qanun pozuntuları ilə bağlı məsələlərə Dairə seçki komissiyalarında (DSK) baxılmalıdır”.

 

Pravda.az-ın xəbərinə görə, bunu MSK-nın bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

 

MSK sədri bildirib ki, şikayət verən bəzi namizədlər narahatdır: “Amma buna heç bir əsas yoxdur. Məntəqələrdə baş verən pozuntularla bağlı məsələyə DSK-larda baxılır. Əgər DSK-nın qərarı namizədi qane etmirsə, bu halda o, MSK-ya müraciət edə bilər. Bu zaman MSK həmin şikayəti araşdırıb müvafiq qərar qəbul edəcək. Bütün müraciətlər qanunun tələbinə uyğun şəkildə baxılacaq”.APA

Tarix: 15 Fevral 2020, 15:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin