BURADA REKLAMINIZ OLA
BİLƏR

“Valeri Pekresin Qarabağa qanunsuz səfəri Laçın dəhlizini nəzarətə götürmək üçün çox ciddi səbəbdir”

“Fransa prezidentliyinə namizəd olan Valeri Pekresin Qarabağa qanunsuz səfəri Laçın dəhlizini nəzarətə götürmək üçün çox ciddi səbəbdir. Valeri Pekres fotolarında müşahidə edilən, təbliğatını apardığı faşist simvolları ilə bağlı Avropa ictimaiyyəti qarşısında cavab verməlidir. Nəzərə almaq lazımdır ki, həmin simvolların Avropada istifadəsi Nürnberq məhkəməsi tərəfindən qadağan edilib. Avropada faşizmin simvollarına ehtiram göstərmək ağır cinayətdir. İndi isə Pekres faşizmi Qarabağda təbliğ etmək niyyətindədir”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib.

 

 

Parlament üzvü bildirib ki, Fransanın prezidentliyə namizədi Azərbaycanın ərazisinə qanunsuz səfər edərək faşizmi təbliğ etmək istəyi Avropada ciddi müzakirə mövzusu olmalıdır: “Fikrimcə, Valeri Pekres seçkilərdə erməni diasporunun dəstəyini qazanmaq üçün bu cür addım atır. Təsəvvür edin, faşizmə hörmət edən, dəstək qazanmaq üçün qanunsuz səfərə razı olan siyasətçi Fransanın prezidenti seçilərsə, Avropada nələr yaşana bilər. Hesab edirəm ki, Qarabağa Laçın dəhlizi vasitəsilə edilən bütün qanunsuz səfərlərin qarşısı alınmalıdır”.

 

Nəzrin Cavid

Tarix: 23 Dekabr 2021, 15:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin