BURADA REKLAMINIZ OLA
BİLƏR

“400-500 min səsə görə Fransa siyasətçilərinin özlərini oda-közə vurması, absurd bəyanatlar verməsi ikrah hissi doğurur”

“Frandsada 500 minə yaxın erməni əsilli vətəndaş yaşayır, onlardan təxminən 200-250 min nəfərinin səsvermə hüququ var, üstəlik, erməni diasporunun təsir edə biləcəyi seçicilər də var. Yəni, 70 milyon əhalisi olan ölkədə 400-500 min səsə görə Fransa siyasətçilərinin özlərini oda-közə vurması, absurd bəyanatlar verməsi ikrah və təəssüf hissi doğurur. Fransa kimi demokratik ənənələr yaradan, dünyada belə ənənələrin yayılmasında önəmli rolu olan bir ölkədə erməni seçicilərinin nazı ilə bu qədər oynanılması ikrah doğursa da, təəssüf doğuran məqamlar daha çoxdur. Qeyd edim ki, Azərbaycanın xarici siyasətində vacib ölkələrin seçicilərinə yönəlik siyasət yoxdur, çünki ölkədə seçki institutu yox dərəcəsindədir”.

 

Pravda.az xəbər verir ki, bu barədə iqtisadçı və siyasi ekspert Natiq Cəfərli bildirib.

 

O deyib ki, Azərbaycan dövlətinin xarici ölkələrdə seçkilərə yönəlik strateji yanaşması, taktiki addımları müşahidə edilmir: “Düşünürlər ki, hər şeyi pulla-para ilə həll etmək mümkündür. Halbuki, elə həmin Fransada türk-müsəlman seçicilərinin sayı milyonlarladır. Yəni, doğru taktiki və strateji addımlar ataraq həmin seçicilərin önəmini vurğulamaqla Fransa siyasətçilərinin səs “ovu”nu öz tərəfimizə yönəltmək və vəziyyəti dəyişmək olar. Fikrimcə, Avropa, eləcə də ABŞ-da Türkiyə və Azərbaycan birlikdə lobbi strategiyası hazırlamalıdır. Bu, qısa, orta və uzunvadəli addımlar alqoritmindən ibarət olmalıdır. Həmin alqoritmlərin doğru çalışması üçün isə ilk növbədə həm Azərbaycanda, həm də Türkiyədə demokratik təsisatların, seçki institutunun önəmi, yeri və çəkisi artırılmalıdır. Bundan sonra media, siyasətçilər və siyasi partiyalar, o cümlədən bütün fikir adamları ilə iş qrafiki və prinsipləri müəyyənləşdirilməlidir. Başqa yol yoxdur, Azərbaycanın daha müasir və effektiv xarici siyasətə ehtiyacı var, amma yeni xarici siyasət yalnız doğru qurulmuş daxili siyasətin davamı olarsa, uğurlu hesab edilər”.

Tarix: 23 Dekabr 2021, 16:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin