BURADA REKLAMINIZ OLA
BİLƏR

Fransa prezidentliyinə namizədin Azərbaycana girişi qadağan edildi

Fransada keçiriləcək prezident seçkilərinə Respublikaçılar Partiyasının namizədi Valeri Pekrezin adı Azərbaycanın arzuolunmaz şəxslər siyahısına daxil edilib.

Bu barədə Pravda.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, dekabrın 22-də Fransanın İl-dö-Frans regionunun prezidenti, Fransada keçiriləcək prezident seçkilərinə Respublikaçılar Partiyasının namizədi Valeri Pekrez Azərbaycan Respublikasının Xankəndi şəhərinə qanunsuz səfər edib.

V.Pekrezin Azərbaycanın Xankəndi şəhərinə qanunsuz səfərinə görə Azərbaycan XİN Fransaya nota verib.


Tarix: 23 Dekabr 2021, 17:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin