BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “İstəyirsiniz, İmam Mehdi adı ilə aldadan bir dələduzun dalınca gedin...”

“Dostluğumda (“Facebook” sosial şəbəkəsini nəzərdə tutur – red) olub hansısa bir təlxəyin barəmdə təhqiramiz yazılarını bəyənən bütün şəxsləri dostluğumdan çıxardım. Yolladım öz təlxəklərinin yanına. Əlbəttə, hər bir insanın öz duyğularına görə hərəkət etmə haqqı var. Ancaq qeyri-ciddi adamların yığınına ehtiyacım olsaydı, yetərincə təsirli qələmim var, bunu etmək çətin deyil”.

 

Pravda.az-ın xəbərinə görə, bunu deputat Fazil Mustafa bildirib.

 

“İstəyirsiniz İmam Mehdi adı ilə aldadan bir dələduzun dalınca gedin, istəyirsiniz bir şizofrenik təlxəyin dalınca gedin, başqa bir fərarinin, boşboğaz siyasətçilərin yalanlarının dalınca gedin. Sadəcə, mənim dostluğumda ciddi insanlara dəyər verdiyimi bilməyiniz lazımdır” – F.Mustafa qeyd edib.

Tarix: 23 Dekabr 2021, 20:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin