BURADA REKLAMINIZ OLA
BİLƏR

Biseksual olduğu üçün bullinqə məruz qalan məktəblinin anası:

Azərbaycan məktəblərindən birində təhsil alan bu şagird məktəbdə 8-ci sinifdən bullinqə məruz qaldığını deyir. O iddia edir ki, ona bullinq həm məktəbin şagirdləri, həm də müəllimlər tərəfindən olunub və o uzun müddət bu barədə susduqdan sonra danışmaq qərarına gəlib.

 

O deyir ki, bütün zorakılıqlar və təhqirlərlə bağlı məktəb rəhbərliyinə dəfələrlə şikayət edib.

 

O daha sonra şikayətlərinin nəticəsini görmədiyi üçün Ailə, Qadın, Uşaq məsələləri üzrə Komitəyə, Ombudsmana, Təhsil Nazirliyinə və təhlükəsizliyinin qorunması üçün Daxili İşlər Nazirliyinə şikayətlər ünvanlayır. O, şikayətlərini bəziləri onlayn olmaq şərtilə yazılı etdiyini deyir. Lakin təhsil nazirliyindən cavab almadığını əvəzində qurumun onunla görüşmək üçün psixoloq göndərdiyini deyir.

 

Təhsil Nazirliyindən BBC News Azərbaycancaya bildiriblər ki, bu məsələ araşdırılıb, həmin şagirdə zəruri psixoloji yardım göstərilib və qarşılıqlı ünsiyyətin qorunmasının vacibliyi nəzərə çatdırılıb.

 

Bakı Şəhər Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədov BBC News Azərbaycancaya məsələnin aidiyyatı qurumların nəzarətində olduğunu və araşdırıldığını bildirib. Lakin Bəşarət Məmmədov şagirdin itihamlarının deyilən səviyyədə olmadığını deyir.

 

Tarix: 24 Dekabr 2021, 07:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin