BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: "Növbəti Nobel Sülh mükafatının Prezident İlham Əliyevə verilməsi üçün prosedur başladılmalıdır"

“Dünyada sülhə ən böyük təhdid münaqişələrdir. Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyaraq beynəlxalq sülhə çox ciddi töhfələr verib”.

 

Pravda.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Elşad Mirbəşir deyib.

 

O qeyd edib ki, Azərbaycan Prezidenti ərazilərimizi işğaldan azad etməklə beynəlxalq təhlükəsizliyə təhdid törədən transmilli cinayətlərin də qarşısını almış oldu: “Bu günə qədər Nobel Sülh mükafatına layiq görülmüş şəxslərin fəaliyyəti ilə Prezident İlham Əliyevin fəaliyyətini müqayisə etmək heç doğru olmazdı. Prezident İlham Əliyev öz praqmatik siyasəti ilə beynəlxalq sülhə töhfə verib. Ona görə də növbəti Nobel Sülh mükafatının Prezident İlham Əliyevə verilməsi üçün prosedur başladılmalıdır”.

Tarix: 24 Dekabr 2021, 11:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin