BURADA REKLAMINIZ OLA
BİLƏR

“İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan iqtisadiyyatının inkişafı üçün çox ciddi addımlar atılıb” - Vahid Əhmədov

“Son günlər Prezident İlham Əliyev tərəfindən çox ciddi fərmanlar imzalanıb”.

 

Pravda.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib.

 

Deputat bildirib ki, bir həftə ərzində təxminən 4 milyon insanın maaşının artması ilə əlaqədar fərman imzalanıb: “Prezident İlham Əliyevin imzaladığı əsas fərmanlardan biri Birinci Qarabağ müharibəsi əlili olan hərbçilərə birdəfəlik müavinətlərin ödənilməsi ilə bağlıdır. İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan iqtisadiyyatının inkişafı üçün çox ciddi addımlar atılıb. Dövlət başçısı Azərbaycan xalqının sosial vəziyyətini hər zaman ön plana çəkib. Prezidentin apardığı siyasət Azərbaycan 2022-ci ildə də problemlərin həllində mühüm nəticələrə gətirib çıxaracaq”.

Tarix: 24 Dekabr 2021, 12:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin