BURADA REKLAMINIZ OLA
BİLƏR

“Mən sizə qarşı deyil, yeddi başlı şəxslərə qarşı müxalifətəm”

“Son 100 ildə Azərbaycan türk-islam dünyası daim kiçilib. Qarabağın işğaldan azad edilməsi ilə dünyada artıq türk dünyası qalxma dövrü yaşadı”. 

Pravda.az xəbər verir ki, bunu deputat Tahir Kərimli parlamentdə Prezident İlham Əliyevin 60 illik yubileyi münasibətilə onu təbrik edərkən deyib.

O qeyd edib ki, dövlət başçısının çoxlu fəxri adı var: “Ən böyük adınız isə müzəffər komandandır. Qarşıda böyük vəzifələr durur. Təpəgözün gözünü çıxarmışıq, ancaq özü durur. Mən sizə qarşı deyil, yeddi başlı şəxslərə qarşı müxalifətəm. Korrupsiya, keyfiyyətsiz təhsil və s. məsələlərdə sizin arxanızdayıq və sizi hər zaman dəstəkləyirik”.

Tarix: 24 Dekabr 2021, 12:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin