BURADA REKLAMINIZ OLA
BİLƏR

Ermənini üstələyən Azərbaycan atleti qızıl medal qazandı

Azərbaycan atleti Nazim Babayev Türkiyənin İstanbul şəhərində qapalı məkanda keçirilən 25-ci Balkan çempionatında qızıl medal qazanıb.

 

Pravda.az-ın xəbərinə görə, 23 yaşlı idmançı üç təkanla 16,92 metr tullanmağı bacarıb. O, Ermənistan təmsilçisi Levon Ağasyanı 0,48 metr, Gürcüstandan olan Laşa Qulelaurini isə 0,63 metr üstələyib.

 

Azərbaycanın daha bir medalını Yekaterina Sarıyeva əldə edib. O, qadınların yarışında üç təkanla 13,50 metr tullanmağı bacararaq, bürünc medala sahib olub. Sarıyeva həm də yeni qış Azərbaycan rekordu müəyyənləşdirib.Report

Tarix: 15 Fevral 2020, 20:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin