BURADA REKLAMINIZ OLA
BİLƏR

İranın XİN başçısı: "Razılığa gəlmişik"

İran - Azərbaycan əlaqələrində yeni səhifə açmaq barədə razılığa gəlmişik.

 

Pravda.az-ın xəbərinə görə, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Azərbaycana səfərinin yekunları ilə bağlı "Twitter"də yazıb.

 

"Bakıya rəsmi səfərim zamanı biz əlaqələrimizdə yeni səhifə açmaq barədə razılığa gəldik. Prezident İlham Əliyevlə səmimi görüşümdə, xarici işlər naziri Ceyhun Bayramov və parlament sədri Sahibə Qafarova ilə apardığım müzakirələrdə biz əlaqələrimizi daha da genişləndirmək üçün yol xəritəsini müəyyənləşdirdik. Biz qonşularımıza üstünlük verməyə davam edirik", - deyə İran XİN başçısı bildirib.

 

APA

Tarix: 24 Dekabr 2021, 16:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin