BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: "Ərazi bütövlüyümüz uğrunda sağlamlıqlarını itirmiş vətəndaşlar dövlət başçısının diqqətindədir"

“Prezident İlham Əliyevin Birinci Qarabağ müharibəsi əlillərinə müavinətlərin verilməsi ilə bağlı Sərəncam imzalaması təqdirəlayiqdir. Vətən qarşısında xidmətləri olmuş, ərazi bütövlüyü uğrunda sağlamlığını itirmiş şəxslər, həmçinin şəhidlər və onların ailə üzvləri heç vaxt unudulmur. Birinci Qarabağ müharibəsindən uzun müddət keçsə də, dövlət iqtisadi vəziyyət imkan verən kimi həmin vətəndaşların əziyyəti dəyərləndirdi. Hesab edirəm ki, birdəfəlik müavinətlərin verilməsi müsbət addımdır”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

 

A.Badamovun sözlərinə görə, bu, bir daha sübut edir ki, son günlər verilən sərəncamlar əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir: “Ümumiyyətlə, vətəndaşların sosial rifah halının yaxşılaşdırılması dövlət siyasətinin prioritetlərindəndir. Xüsusilə də həssas və aztəminatlı qruplar, o cümlədən Vətənin müdafiəsi uğrunda mübarizə aparmış heç kəs unudulmur. Sərəncam 1997-ci ilə qədər olan müddətdə əlillik qazanmış şəxsləri əhatə edir. Yəni, 25-30 il bundan qabaq da ərazi bütövlüyümüz uğrunda sağlamlıqlarını itirmiş vətəndaşlar dövlət başçısının diqqətindədir, onlar Prezidentin qayğısı ilə əhatə olunublar”.

 

Nəzrin Cavid

Tarix: 25 Dekabr 2021, 16:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin