BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda vəzifəli şəxsi maşın vurdu

Bakı-Quba yolunda piyadanı maşın vurub. 

Pravda.az-ın məlumatına görə, hadisə Bakı-Quba yolunun 126-cı km-də qeydə alınıb.

Bakının Yasamal rayon sakini Məmmədova Leyla Vahid qızı idarə etdiyi “JEEP” markalı “10 GD 016” dövlət qeydiyyat nişanlı avtomaşınla piyada - Şabran rayonu, Dəvəçi kənd sakini, 1977-ci il təvəllüdlü Səbuhi Bayramovu vurub.

Ağır bədən xəsarətləri alan piyada Şabranda ilkin tibbi yardım göstərildikdən sonra paytaxtda yerləşən tibb müəssisələrindən birinə köçürülüb.

Qeyd edək ki, S. Bayramov Şabran Rayon İcra Hakimiyyətinin komendantı vəzifəsində çalışır.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

APA 

Tarix: 27 Dekabr 2021, 09:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin