“Kamran Həsənlinin kilsə və məscid müqayisəsi, yəqin ki, şahidi olduğu hansısa konkret məqamla əlaqəlidir. Mən dünyanın 64-dən çox ölkəsində olmuşam, müxtəlif şəhərlərdə yerləşən kilsə, məscid və sinaqoqlara getmişəm. Əlbəttə ki, hər birində müəyyən qüsurların olduğunun da şahidiyəm. Yəni, bunu heç kim fərqli şəkildə təqdim edə bilməz. Amma mənə heç bir zaman hansısa məscidə girəndə ayaqqabını çıxarmaq tapşırılmayıb, çünki mən getdiyim yerə uyğun hərəkət etməli olduğumu bilirəm. Əgər qonaq getdiyim evdə insanlar ayaqqabılarını çıxarıb hərəkət edirlərsə, mən də saatlarla ayaqqabı ilə gəzməyimdən asılı olmayaraq həmin qaydalara uyğunlaşmalıyam. Həmişə corabı da təmiz saxlamaq, hər gün dəyişmək lazımdır. Təmizkar olmamağım heç bir yerdə ayaqqabımı çıxarmamağıma haqq qazandırmır. Bu, doğru yanaşma deyil”.
Bunu Pravda.az-a açıqlamasında dini məsələlər üzrə ekspert Elşad Miri aparıcı Kamran Həsənlinin mövzu ilə bağlı etirazına münasibət bildrərkən deyib.
O deyib ki, xüsusilə məscidə gedən insan təmiz olmağa, bədəninə fikir verməyə, başqalarını narahat edəcək qoxulardan istifadə etməməyə çalışmalıdır: “Hətta bununla bağlı qeyd edirdilər ki, soğan və sarımsaq yeyənlər, siqaret çəkənlər məscidlərə gedib başqalarını narahat edə bilməzlər. Əksi olaraq, bu gün Avropada kimsə evin içində ayaqqabı ilə gəzirsə, sənin həmin evdə ayaqqabısız gəzməyin də doğru olmayacaq. Belə məsələlərə diqqətli yanaşmaq heç də deist olmağa səbəb olacaq məsələ deyil. Hər dində fərqlidir, ona görə də məsələni mədəniyyətlə əlaqələndirmək lazımdır. Məhəmməd peyğəmbər hətta namazlarını belə ayağında tərliklə qılardı, çünki orada namaz xalçanın üzərində deyil, qumun üzərində qılınırdı. Nəzərə almaq lazımdır ki, qum süzgəcdən keçirilib təmiz saxlanılırdı. Bu gün də bədəvilərin yaşadığı yerə getsəniz, görərsiniz ki, orada qum süzgəcdən keçirilir”.
E.Mirinin sözlərinə görə, Kamran Həsənlinin dini kitabları orta əsrlərin qalığı hesab etməsi onun şəxsi yanaşmasıdır, çünki həmin dini kitablar təqdimatına görə təkcə Kamran Həsənli tərəfindən köhnə hesab edilmir: “Misal üçün bir qrup yəhudilər də Tövrat adlandırılan dini kitabı yəhudi kültürünə aid arxaik kitab kimi qəbul edirlər. Xristianlıqla bağlı da eyni məqamların olduğunun şahidiyik. Onlar da Əhdi-ətiqin dövrünün bitdiyini hesab edir, onun əvəzinə Əhdi-cədid olan İncili gündəmə gətiriblər. Qurani-Kərimin isə, tənqidi yanaşılsa belə, arxaik kitab olduğunu iddia etmək olmaz. Doğrudur, tərcümə xətaları, məsələlərə tarixi prizmadan yanaşılması, ayələrin tarixdə baş verən hadisələrlə əlaqələndirib tarixin tozlu rəflərinə qoyulması onun da arxaikliyi ilə bağlı fikirlərin formalaşmasına səbəb olur. Lakin Qurani-Kərim tarix və yaxud da ədəbiyyat kitabı deyil. Qurani-Kərim naviqatordu, insanlara göndərilən təlimatdır. İnsan olduğu müddət də həmin təlimat da həmişə aktuallığını qoruyacaq, çünki insanın hissləri də hansısa texnologiyadan istifadə edib-etməməsindən asılı olmayaraq, həmişə aktualdır. Qurani-Kərim insanın duyğuları, dünyagörüşü, həyatı və həyat tərzinə yol göstərən rəhbərdir. Ona görə də Qurani-Kərim bizim həyat kitabımızdır”.
O, həmçinin bildirib ki, vicdanla davranmaq gözəl xüsusiyyətdir, insanın mühakimə qabiliyyətinin olmasına işarədir, amma sən VI-VII əsrdə yaranmış kitabları arxaik hesab edib, XIV əsrdə yaşamış İmadəddin Nəsimidən sitat gətirirsənsə, bu, təzaddır: “Yəni, məsələyə tarix prizmasından yanaşılanda görürük ki, burada fərqli yanaşma var. Birinin həyat yoldaşı ilə məscidə və ya kilsəyə getməsinə isə haqq qazandırıram. Kimsə ailəsi ilə məscidə gedə və ibadətini edə bilər. Əgər Kamran Həsənli məhz bununla bağlı Azərbaycanda müşahidə etdiklərinə qarşı etiraz edirsə, ikiəlli alqışlayıram. Yox, əgər dünyanın müxtəlif yerlərində də belədir deyirsə, deməli o, bəzi məsələlərdən xəbərsizdir. Bu gün Həcc ziyarətinə gedəndə yanında hansısa qadınla yanbayan namaz qılınması da müşahidə edilib. Yəni, bununla bağlı hansısa qadağa yoxdur”.
Nəzrin Cavid
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:05
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
22 Oktyabr 12:30
22 Oktyabr 12:27
22 Oktyabr 12:25
22 Oktyabr 12:25
22 Oktyabr 12:23
22 Oktyabr 12:20
22 Oktyabr 12:17
22 Oktyabr 12:15
22 Oktyabr 12:15
22 Oktyabr 12:07
22 Oktyabr 12:04
22 Oktyabr 12:02
22 Oktyabr 12:00
22 Oktyabr 11:54
22 Oktyabr 11:52
22 Oktyabr 11:48
22 Oktyabr 11:39
22 Oktyabr 11:32
22 Oktyabr 11:27
22 Oktyabr 11:19
22 Oktyabr 11:11
22 Oktyabr 11:08
22 Oktyabr 11:04
22 Oktyabr 11:00
22 Oktyabr 10:57
22 Oktyabr 10:53
22 Oktyabr 10:49
22 Oktyabr 10:43
22 Oktyabr 10:37
22 Oktyabr 10:34
22 Oktyabr 10:33
22 Oktyabr 10:30
22 Oktyabr 10:19
22 Oktyabr 10:05
22 Oktyabr 09:48
22 Oktyabr 09:47
Ən son xəbərləri səhifəmizdən də izləyin