BURADA REKLAMINIZ OLA
BİLƏR

Koronavirus xəstəsini aparan təcili yardım maşını qəzaya düşdü - Yaralılar var

Şəkidə təcili tibbi yardım maşını qəzaya düşüb.

 

Pravda.az-ın məlumatına görə, hadisə bu gün günorta saatlarında şəhərin Salman Mümtaz küçəsində baş verib.

 

1988-ci il təvəllüdlü Qax rayon sakini Amiran Bayramaşvilinin idarə etdiyi Qax Rayon Mərkəzi Xəstəxanasına məxsus Təcili Tibbi Yardım maşını hərəkətdə olarkən yük avtomobili ilə toqquşub. Nəticədə təcili yardım maşınının sürücüsü və Qaxdan Qobustan rayonuna aparılan koronavirus xəstəsi xəsarət alıblar.

 

Faktla bağlı araşdırma aparılır.

Tarix: 27 Dekabr 2021, 17:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin