BURADA REKLAMINIZ OLA
BİLƏR

"Ataların ancaq oğlan uşağı istəməsi, tək ayrıseçkilik yox, həm də böyük faciədir"

"Uzun illərdir ki, Azərbaycanda yeni doğulan uşaqlar arasında qız oğlan nisbəti süni şəkildə pozulur. Bu bioloji normanın süni şəkildə pozulması, onun gələcək fəsadları barədə isə danışan yoxdur. İlk dəfə bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib ki, “Doğulan uşaqlar arasında cins nisbəti 100 qız, 114 oğlan olmaqla bioloji norma pozulmaqdadır”".


Pravda.az xəbər verir, bunu tanınmış hüquqşünas Aslan İsmayılov deyib.


A.İsmayılov bildirib ki, dövlətimiz və xalqımız üçün çox ciddi olan bu problem haqqında geniş müzakirələr açılmalı, onun gələcək fəsadları araşdırılmalıdır: "Yeni texnologiya dövründə valideynlərin, xüsusilə ataların ancaq oğlan uşağı istəməsi, tək ayrıseçkilik yox, həm də böyük faciədir. Bu gedişlə gələcəkdə bu nisbət daha fəlakətli şəkildə pozulacaq. Bu problemlə isə adıçəkilən Komitə və ölkədə saysız-hesabsız gender, uşaq, qadın və s. hüquqlar ilə məşğul olan, Dövlət hesabına milyonlarla vəsaiti havaya sovuran QHT-lər məşğul olmalıdırlar. Mətbuatın da reketlikdən, çal-çağırdan başı açılsa, bu kimi taleyüklü məsələlərə də yer ayırardılar".

Tarix: 27 Dekabr 2021, 17:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin