BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: "Erməniləri bundan da betər dalana dirəmək lazımdır"

"Ermənilərin guya Azərbaycan və Türkiyə ilə əlaqələri yaxşılaşdırmaq istəyi növbəti hiyləgər oyunlarıdır. Onlar heç vaxt Qarabağdan, Xankəndidən imtina etmək niyyətində deyillər. Sadəcə olaraq, ermənilər tarixin bütün dövrlərində olduğu kimi indi də mahir oyunçu kimi davranırlar. Onlar hər iki tərəfə, ümumən eyni vaxtda bir neçə tərəfə oynamağı bacarırlar. Bu gün də gah Rusiyaya, gah da Qərbə oynayırlar. Ermənistan istənilən vəziyyətdə öz mənafeyi üçün nəsə əldə etməyə çalışır".


Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib. 


O qeyd edib ki, son günlər də Ermənistanın Baş naziri Nikol Paşinyanın və ona əks mövqedə olanların bəyanatları çox şeydən xəbər verir: "Məsələ burasındadır ki, Paşinyan çox söz deyir, amma ona əməl etmir, sözünün arxasında durmur. Çünki o, bir yerdən yox, bir neçə xarici mənbədən göstəriş alır və ən sərfəlisini seçməyə çalışır. Onların son günlər Türkiyə ilə münasibətlərin normallaşmasından, Azərbaycan ilə əməkdaşlıqdan danışmasının bir neçə səbəbi var. Səbəb odur ki, onların iqtisadiyyatı çöküb, siyasi böhran içindədirlər. Paşinyan da vəziyyəti düzəltmək üçün çıxış yolu axtarır. Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq istəsələr də, onların konstitusiyasında 1915-ci il qondarma soyqırımı ilə bağlı təzminat istəkləri var. Yəni, Ermənistan ilk növbədə bu iddiasından əl çəkməlidir. Həmçinin Azərbaycanla da sülh prosesindən danışırsa, əsassız iddialardan uzaqlaşmalıdır. Hər halda, həm Azərbaycan, həm də Türkiyə Prezidentləri regionda sülhün tərəfdarıdırlar. Ermənistan isə daim ona çörək verənlərə qarşı riyakar və xəyanətkar olub. Yəni, onlarla əməkdaşlığa başlamaq üçün bizim tələblərimiz yerinə yetirilməlidir. Ermənistanın zir-zibilləri, terrorçu töküntüləri Azərbaycan ərazisindən çıxarılmalı, sərhədlər müəyyənləşməli, Zəngəzur dəhlizi məsələsi həllini tapmalıdır. Erməniləri bundan da betər dalana dirəmək lazımdır". 


Nəzrin Cavid

Tarix: 28 Dekabr 2021, 13:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin