BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanın şəhid olan hərbçisinin 9 aylıq övladı var - FOTO

Fevralın 15-də Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini pozması nəticəsində şəhid olan Azərbaycan Milli Ordusunun giziri, Seymur Ələsgərovun Gəncə şəhərində vida mərasimi keçirilib.

 

Pravda.az-ın xəbərinə görə, düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olan Azərbaycan Ordusunun giziri, Gəncə şəhər sakini, 1990-cı il təvəllüdlü Ələsgərov Seymur Eldar oğlunun vida mərasimi keçirilib. Mərasimdə yaxınları, komandirləri, döyüş yoldaşları, Gəncə şəhər icra hakimiyyətinin nümayəndələri, idarə rəhbərləri, polis və prakurorluq əməkdaşları, həmçinin şəhər sakinləri iştirak edib.

 

S.Ələsgərov Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn ediləcək.

 

Qeyd edək ki, şəhid S.Ələsgərov ailəli olub və 9 aylıq oğlu var.

 

Seymurun əmisi Ələsgərov Çingiz Adil oğlu 1992-ci ildə Şuşada itkin düşüb.

Seymurun atasının əmisi oğlu Ələsgərov Sərhəd Hümbət oğlu isə 1993-cü ildə Ağdərədə şəhid olub. Böyük qardaşı da hərbçidir.Azxəbər

Fotoları təqdim edirik
Tarix: 16 Fevral 2020, 12:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin