BURADA REKLAMINIZ OLA
BİLƏR

“Azərbaycan Prezidenti İlham Əliyevin təkliflərinə ciddi önəm verilir” - RƏY

"Dekabrın 28-də Rusiyanın Sankt-peterburq şəhərində Vladimir Putinin təşəbbüsü ilə MDB ölkələrinin dövlət başçılarının qeyri-rəsmi görüşü keçirilib. Görüş dövlətlərin mövcud problemlər, beynəlxalq təhlükəsizlik məsələləri barədə müzakirə aparması üçün yaxşı platformadır. Əlbəttə ki, Azərbaycan Prezidenti İlham Əliyev də həmin görüşdə iştirak edib. Görüş çərçivəsində MDB dövlətlərinin pandemiya ilə mübarizədə səyləri birləşdirməsi diqqətdə saxlanılan əsas məsələ olub".

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov Prezident İlham Əliyevin Rusiyaya səfəri barədə danışarkən deyib.

 

 

Deputat qeyd edib ki, Rusiyada baş tutan görüşdə müzakirə olunanlar Azərbaycan üçün yaxın məsələlərdir və sözügedən problemlərlə Prezident İlham Əliyev ciddi şəkildə məşğuldur: "Elə ilk dəfə Qoşulmama Hərəkatının onlayn formatda keçirilən sammitində Prezident İlham Əliyev bu bəlaya qalib gəlmək üçün dünya dövlətlərinin birgə mübarizəsinin vacibliyini vurğulayıb. Azərbaycan Prezidentinin həmin təklifi BMT-ə üzv olan 150-dən çox dövlətin dəstəyini aldı və ötən ilin dekabrın 3-də BMT Baş məclisinin bu məsələ ilə bağlı xüsusi sessiyası keçirildi. Həmin sessiyanın keçirilməsi təklifini də məhz Prezident İlham Əliyev irəli sürmüşdü. Yəni, Azərbaycan COVID-19 pandemiyası ilə təkcə milli və regional deyil, beynəlxalq səviyyədə səylərin birləşdirilməsi təşəbbüsü göstərib. İndi isə MDB məkanında belə müzakirələr aparılır. Yəqin ki, Prezidentin peyvənd millətçiliyinin qarşısının alınması ilə bağlı təklifləri MDB çərçivəsində baş tutan görüşlərdə də diqqətdə saxlanılacaq. Belə demək olar ki, ötən gün MDB çərçivəsində müzakirə edilmiş məsələləri Azərbaycan, əslində, daha qlobal şəkildə müzakirəyə çıxarıb və təkliflər irəli sürüb. Ona görə də dövlət başçısının təkliflərinə ciddi önəm verilir ki, bu da başadüşüləndir".

 

Nəzrin Cavid

Tarix: 29 Dekabr 2021, 11:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin