BURADA REKLAMINIZ OLA
BİLƏR

"MDB dövlət başçılarının görüşlərinin təşkil edilməsi Azərbaycana fayda gətirə bilər" - RƏY

"Yeni il ərəfəsində MDB dövlət başçılarının qeyri-formal sammiti hər il keçirilir. Bu sammitdə həm regional, həm də geosiyasi problemlər müzakirə olunur. Keçmiş SSRİ ərazisində yerləşən respublikaların ümumi problemlərə baxışları, vahid mövqedən çıxış etmələri, onların iqtisadi və siyasi əməkdaşlığını əks etdirən layihələrin müzakirəsi müsbətdir. Ümumi coğrafiya və tarixi bölüşdüyümüz üçün MDB məkanı üzv dövlətlər üçün əhəmiyyət kəsb edir".


Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev Prezident İlham Əliyevin dekabrın 28-də Rusiyaya səfəri barədə danışarkən deyib.



 

Deputat bildirib ki, Azərbaycan MDB formatında kifayət qədər effektiv fəaliyyət göstərir:  "Bu, təbiidir, çünki bizi həm siyasi, iqtisadi, həm də mənəvi, mədəni əlaqələr birləşdirir. Ona görə də MDB dövlətlərinin ikitərəfli və çoxtərəfli müzakirələrinə hər zaman ehtiyac var. Bu, balanslaşdırılmış siyasət yürüdən Azərbaycan üçün  doğru yanaşmadır. Biz bunun müsbət nəticəsini 44 günlük müharibədə də gördük. MDB strukturlarından biri olan Kollektiv Təhlükəsizlik Müqavəsi Təşkilatına üzv ölkələrlə Azərbaycanın kifayət qədər yaxşı əlaqələri mövcuddur. Ona görə də Ermənistan nə qədər çalışsa da, Vətən müharibəsi dövründə həmin dövlətləri öz tərəfinə çəkə bilmədi. Yəni, MDB-yə daxil olan dövlətlərlə müsbət qonşuluq və dostluq əlaqələri saxlamaq bizə bütün mənalarda sərf edir. Konkret olaraq, Sankt-peterburqda keçirilən son görüşdə yeni növ koronavirus (COVID-19) və onun yaratdığı fəsadlarla mübarizə, vaksinasiya məsələləri müzakirə olundu. Yekun mövqe bildirildi ki, koronavirusla mübarizədə ən effektiv üsul kollektiv immunitetin yaradılmasıdır. Ona görə də dövlətlərin səyləri birləşdirilir, MDB ölkələri təcrübələrini bölüşür və bir-birlərinə dəstək verirlər. Bu, ümumi mübarizə prosesinə faydalıdır. Hesab edirəm ki, MDB dövlət başçılarının görüşlərinin təşkil edilməsi, həmin formatın davam etdirilməsi gələcəkdə də Azərbaycana fayda gətirə bilər".


Nəzrin Cavid 

Tarix: 29 Dekabr 2021, 16:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin