BURADA REKLAMINIZ OLA
BİLƏR

İTV-nin Yayım Şurasının tərkibi dəyişdi

 İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibi dəyişib.

 

Pravda.az-ın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişiklik edilməsi haqqında” qərar layihəsində əksini tapıb.

 

Layihəyə əsasən, aşağıdakı şəxslərin namizədliyi 6 il müddətinə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü seçilib:

Namizədliyi Sahibkarlar Şurası tərəfindən irəli sürülmüş şəxslər:

- Zeynalov Vüqar Eldar oğlu

Namizədliyi Gənclər Təşkilatı tərəfindən irəli sürülmüş:

- Əliyev Azər Ruslan oğlu

Namizədliyi qadın cəmiyyətləri tərəfindən irəli sürülmüş:

- Yusifova Sevil Şərif qızı

Qərar layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.

Tarix: 30 Dekabr 2021, 12:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin