BURADA REKLAMINIZ OLA
BİLƏR

“Törətdiyi əməllərə görə ölkədən qaçıb Avropada yaşayanlar hamısı İlham Əliyevdən üzr istəyəcəklər”

“Mən əminəm ki, törətdiyi əməllərə və səhvlərə görə ölkədən qaçıb Avropada yaşayanlar hamısı gəlib Prezident İlham Əliyevdən üzr istəyəcəklər, kömək diləyəcəklər”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında deyib.

 

Onun sözlərinə görə, tövbə qapıları hər zaman açıqdır: “Onlar gəlib tövbə edə bilərlər. Bu insanlar uzun illər ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin apardığı siyasətə əks mövqe sərgiləyiblər, bu siyasətə qarşı ziddiyyətli addımlar atıblar”.

Tarix: 30 Dekabr 2021, 12:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin